Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

İbrahimova Sevda

İbrahimova Sevda Mirzə qızı- 1939-cu il noyabrın 28-də anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu (1962. professor M.Brennerin sinfi) və bəstəkar (1964. professor Q.Qarayevin sinfi) ixtisasları üzrə bitirmişdir. Görkəmli tarzən Qurban Pirimovun nəvəsidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1966), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1989), Dosent (1989), Professor (1994), Azərbaycan Respublikasının Xalq artisti (2005).

Əsərləri: "Nənəmin nağılları", "Həqiqət üzüyü"operaları, "Dünya bir pəncərədir" skripka və kamera orkestri üçün Poema (2003-2004), "Əzizlərimin xatirəsinə" violonçel və fortepiano üçün silsilə (2004-2005), "Poema- ithaf" orqan, soprano və bariton üçün (2005), Skripka və piano üçün pyeslər (2005), Oda səs, tar və simli orkestr üçün (2005), "Qarabağnamə" tar və orkestr üçün Konsert (2006-2007), piano üçün pyeslər "Məhəbbət işığı" fortepiano üçün silsilə (2008), Piano və simfonik orkestr üçün 4 saylı Konsert (2008-2009) və s.

İnstrumental əsərləri:

  • Orqan və simli orkestr üçün Konsert (1990)
  • Hoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991)
  • Skripka və kamera orkestri üçün musiqi (1992)
  • Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993)
  • 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994)
  • "Gənc pianoçuya" pyeslər silsiləsi (1994)
  • Piano üçün pyeslər (1995)
  • 2 piano üçün pyeslər (1996)
  • 2 piano üçün silsilə pyeslər (1997)
  • Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999)
  • Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000)
  • Piano üçün pyeslər (1999 – 2001)
  • Simli orkestr üçün "Vətən düşüncələri" (2001)[

 


Əsərin adı