Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Sevda İbrahimova

İbrahimova Sevda Mirzə qızı 1939-cu il noyabrın 28-də anadan olub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını pianoçu (1962. professor M.Brennerin sinfi) və bəstəkar (1964. professor Q.Qarayevin sinfi) ixtisasları üzrə bitirmişdir. Görkəmli tarzən Qurban Pirimovun nəvəsidir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1966), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1989), Dosent (1989), Professor (1994), Azərbaycan Respublikasının Xalq artisti (2005).

Əsərləri: "Nənəmin nağılları", "Həqiqət üzüyü"operaları, "Dünya bir pəncərədir" skripka və kamera orkestri üçün Poema (2003-2004), "Əzizlərimin xatirəsinə" violonçel və fortepiano üçün silsilə (2004-2005), "Poema- ithaf" orqan, soprano və bariton üçün (2005), Skripka və piano üçün pyeslər (2005), Oda səs, tar və simli orkestr üçün (2005), "Qarabağnamə" tar və orkestr üçün Konsert (2006-2007), piano üçün pyeslər "Məhəbbət işığı" fortepiano üçün silsilə (2008), Piano və simfonik orkestr üçün 4 saylı Konsert (2008-2009), 2 piano üçün pyeslər (2008), Piano üçün silsilə pyeslər ("Əhval-ruhiyyələr", "Məhəbbət işığı", "Gənc pianoçuya", "Azərbaycan təranələri"), "Etiraf" simli orkestr üçün musiqi (2011), "Qəlbimin nuru" piano üçün silsilə (2011), Romansalar – Nizami, Şəhriyar, S. Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, N.Rəfibəyli, H.Billurinin sözlərinə (2002-2012).


"Tez gəl" romans 

İfa edir: Fəridə Məmmədova

2.9 MB

"Lay lay" romans 

İfa edir: Fəridə Məmmədova

3 MB

"Etiraf" violonçel, forpetiano və orkestr üçün əsər 

İfa edir: Aleksey Miltıx, Səidə Tağızadə

4.1 MB