UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Qarayev Fərəc

Fərəc Qarayev 1943-cü il dekabr ayının 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib. 1991-ci ildən fasilələrlə Bakı və Moskvada  yaşayır.

Qarayev Fərəc Qara oğlu  1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.

1994-1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir. 1980-1994-cü illərdə BaKaRa-ensemble kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirib.

2003-2005-ci illərdə Kazan Konservatoriyasının bəstəkarlıq kafedrasında professor kimi çalışıb. A.Krupp fondunun təqaüdçüsü olub,1991-ci ildə Volkwang Hochschule Essen’də composer-in-residence kimi fəaliyyət göstərib.

Bəstəkarın yaradıcılığını üslub cəhətdən dəqiq xarakterizə etmək çox mürəkkəbdir, postmodern estetikasının ümumi cəmə gətirəcəyi bir çox bədii istiqamətlər və müxtəlif bəstəkarlıq texnikaları Qarayevin yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir - buraya neoklassisizm və serializm, puantilizm və sonoristika, collage, instrumental teatr və s. aiddir.

Musiqisi MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxtəlif festival və konsertlərdə ifa olunur.

Bəstəkarın mükafatları:

  • Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1982)
  • "Humay" mükafatı (1999)
  • Azərbaycan Respublikasının xalq artisti (27may 2018)

Əsərləri

Baletlər

  1. "Qobustan kölgələri"(1969)
  2. "Kaleydoskop"(1971)

Monoopera

  1. "Journey to love" (1978) - soprano və kamera orkestri üçün XX yüzilliyin şairlərinin şeirləri əsasında

Digər əsərləri

  1. Simfonik orkestr üçün 4 Postlüdiya (1990);
  2. Simfonik orkestr üçün "The [Moz]ART of ELİTE" (1990);;
  3. Piano üçün "Postlüdiya – I" (1990);
  4. Piano, kontrabas və səhnə arxasında simli kvartet üçün "Postlüdiya – II" (1990);
  5. "AUS..." – bassethorn /bas-klarnet və vibrafon/ və marimba üçün 3 fraqment(1990);
  6. Ansambl və maqnitofon yazısı üçün "Der Stand der Dinge" (1991)
  7. 2 piano üçün "Postlüdiya – III" /8 əlli redaktə/ (1992);
  8. 2 piano üçün "Forst şəhəri üçün musiqi" (1992);
  9. Ansambl və manqitofon yazısı üçün "İST ES GENUG?..." (1993)
  10. "Postlüdiyalar – IV-VII" müxtəlif tərkibli ansambllar üçün redaktələr (1993-1998);
  11. "Forst şəhəri üçün musiqi" – royal, vibrafon və marimba üçün redaktə (1997);
  12. Piano üçün "Cənab Bi Layn – Ekssentrik" (1997);
  13. Ansambl və maqnitofon yazısı üçün "Xütbə, muğam və surə"  (1997);
  14. Ansambl üçün A.Şönberqin kanonlarına 5 Pyes  (1998);
  15. 2 gitara və fleyta üçün "Kiçik tamaşa" (1998);
  16. Solo gitara üçün "Gözəllik röyadırmı?" (1999);
  17. Solo skripka üçün "Hələ də sağsınız, cənab Nazir?" /I versiya/, (2000)
  18. Simfonik orkestr üçün "Verklarung und Tod" (2000);
  19. Simfonik orkestr üçün "Verklarung und Tod" (2001);
  20. Soprano və ansambl üçün "Cancion de Cuna" (2001);
  21. Solitslər ansamblı üçün "Hələ də sağsınız, cənab Nazir?" /II versiya/ (2001);
  22. Gitara və soprano üçün "Malheur me bat" mahnısı (2001);
  23. Piano, klarnet və simli kvartet üçün "Postlüdiya – VIII" (2001)

 


Əsərin adı

 

22.8 KB