Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Moris Ravel

Fransız bəstəkar və pianistI Jozef  Moris Ravel XX əsrin tanınmış bəstəkarlarından biridir. Əsasən orkestral, instrumental strukturlar və effektlər üzrə uğur qazanıb. Ən tanınmış əsəri "Bolero"dur.

Moris Ravel Fransanın Bask bölgəsində, İspaniya sərhəddindən 18 km aralı Ciboure kəndində anadan olub. Anası Mari Delouart Madriddə doğulub böyüyən, atası isveçrəli sərmayəçi və sənayeçi idi. 7 yaşından piano dərslərinə gedib, 14 yaşında Paris Konservatoriyasına daxil olub və o dövrün tanınmış musiqiçilərindən olan Qabriel Faure ilə tanış olub. Onlar sonraki 14 ili birlikdə işləyiblər.