UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Qarayev Qara

Qarayev Qara Әbülfәz oğlu - Azәrbaycanın xalq artisti (1958), SSRİ xalq artisti (1959). Azәrbaycan EA akad. (1959). SSRİ Dövlәt (1946, 1948), M. F. Axundov ad. Respublika (1965) vә Lenin (1967) mükafatları laureatı. Hacıbəylinin vәfatından sonra Azәrbaycan bәstәkarlıq mәktәbinә başçılıq etmiş, bu mәktәbin inkişafına böyük tәsir göstәrmiş, özünәmәxsus musiqi yaradıcılıq mәktәbi yaratmışdır.

Qara Qarayev 1935—38-ci illәrdә ADK-da oxumuş, Azәrbaycan xalq musiqisinin әsasları üzrә Hacıbəylidən dәrs almışdır. 1938-ci ildәn tәһsilini Moskva konservatoriyasında davam etdirәrәk, 1946-cı ildә Konservatoriyanı bitirmiş (D. Şostakoviçin bәstәkarlıq sinfini) vә һәmin ildәn ADK-da dәrs demişdir (1957-ci ildәn prof.). Qarayev musiqinin demәk olar, bütün janrlarında yüksәk bәdii dәyәrli әsәrlәr yaratmışdır.Azərbaycan Dövlət Konservatoriyasının professoru Q.Qarayev böyük bəstəkarlıq məktəbi yaratmış, onlarca bəstəkar yetişdirmişdir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası