Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Rimski - Korsakov Nikolay

Rimski- Korsakov Nikolay Anleviç 

R.Korsakov XIX əsr rus və Avropa musiqi mədəniyyətinin parlaq nümayəndəsidir.Musiqi tarixinə bəstəkar, dirijor, ictimai xadim və pedaqoq kimi daxil olmuşdir. O, qüdrətli dəstənin ən görkəmli bəstəkarlarından biri olmuşdr. Bildiimiz kimi, “Qüdrətli dəstə”nin başlıca məqsədi xəlqilik problemini ön plana çəkmək idi. R.Korsakov öz fundamental və gözəl əsərlərində buna layiqincə nail olmuşdur. Qlinkanın ənənələrini davam etdirərək rus xalqının tarixini folklorunu eposunu nağıl blina rəvayətlərini öz əsərlərində tərənnüm etmişdir. Bəstəkarın yaradıcılığı çoxşaxəlidir və demək olar ki musiqinin bütün janrlarına müraciət etmişdir. Bəstəkar 15 opera “Qar qız”, “Sadko”, “Çar gəlini”, “May gecəsi”, “Mosart və Salyeri”,  “Xoruz”, “Miladdan əvvəlki gecə”, “Vera Seloqa”, “Ölməz kaşşey”, “Çar Soltan haqqında nağıl” və s. Operalarının 3 simfoniyanın , “Dubinuşka”, “Oleq haqqında mahnı”, 7 suitanın ən məşhuru “Şəhrizad” nağıl ispan kapriççiosu “Sat musiqi lövhələrinin”, f-no və orkestr üçün konsert, kvartet, kvintet, Baxın mövzusuna 6 variasiya, 4 valtorn üçün noktürn , fuqa, relüd, xor və orkestr üçün şərəf acapella xorları , 79 romans, xalq mahnılarının işləmələri, 100 rus xalq mahnıları məcmuəsi və s. kimi əsərlər yazmışdır.

Vikipedia - Rusiyanın Novqorod əyalətində, 1844cü ilin 18 martında dünyaya gələn rus bəstəkar Nikolay Rimski-Korsakov, XIX əsrdə yaradılmış 5 nəfərdən ibarət məşhur bəstəkar qruplaşmasının (“5”) əvəzedilməz üzvü olmuşdur. 12 yaşında hərbi-dənizçilik akademiyasına yazılan Nikolay, 15 yaşında pianino dərsləri almağa başlayır. 1861ci ildə görüşdüyü M. Balakiryev (“5”dən 1-i) onu bəstəkarlığa daha da həvəsləndirir. 18 yaşında akademiyanı bitirdikdən sonra 3 illik dəniz səyahətindən təəssüratları (1862–1865), Korsakovun yazacağı operalarda da özünü göstərir. İlk peşəkar simfonik bəstəsini edərkən onun 21 yaşı var idi. 1873də hərbi-dəniz akademiyasını tərk edən Nikolay, 1 il sonra Peterburqda “3-cü simfoniya” ilə ilk peşəkar çıxışını reallaşdırır. 1886-1890cı illərdə Rusiya simfonik konsertlərinin baş icraçılığı ilə yanaşı, Paris Dünya Sərgisindəki (1889) rəhbərliyi ilə Rimski-Korsakov, ölümlərindən sonra həm Borodin, həm də Musorqski‘nin əsərlərinin işlənilib-tamamlanmasında böyük paya malikdir.

Nikolay Qoqolun əsərlərindən “May gecəsi”ni (1880), Ostrovski‘nin nağıllarından “Qar qızı” (1881) yazan Rimski-Korsakov, 1888ci ilə qədər durğunluq dövrünü yaşayır və heç bir nəzərəçarpan işə imza atmır. Çox vaxt bu periodun başlıca səbəbi kimi özünə rəqib gördüyü Çaykovskinin uğurları qeyd olunur, hansı ki, 1893cü ildə ölür və bu hadisədən sonra Nikolay ən yaxşı operalarını yazır: “Motsart və Salyeri” (1897) və “Çarın nişanlısı” (1898)… 1905-1907ci illərdə baş tutan siyasi çıxışlarda 100-ə qədər tələbəni dəstəkləmiş Rimski-Korsakov’un konservatoriya professorluğu və əsərləri bir müddət qadağan edilsə də, müəllim və tələbə heyətinin etirazlarından sonra yenidən öz vəzifəsinə qaytarılır.

1908ci ildə ölən bəstəkar arxasında 11 simfoniya, 15 opera, 3 instrumental və orkestral iş, 79 romans, 2 kolleksiya və çox sayda pianino əsərləri buraxmış, musiqiyə nəzəri yanaşan 3 də kitab yazmışdır. Rimski-Korsakov’un klassikanın ənənəvi texnikası ilə yerli folkloru harmoniyalaşdırdığı musiqisi bir çox bəstəkarlara yol göstərici olmuşdur.

1871ci ildə Peterburq konservatoriyasına başçılıq etmə təklifi, bəstəkarın nəzəri musiqi bazasının və hər hansı sistemli akademik biliyinin olmaması səbəbindən şübhəli görünsə də, Balakiryevin xüsusi təlimatları və Çaykovski‘nin məsləhətləri ilə bu vəzifəyə layiq görülür…

Nikolay Rimski-Korsakov Rusiya Musiqi cəmiyyətinin fəxri üzvlüyündən rəsmən imtina edir. 61 yaşlı bəstəkarı buna vadar edən səbəb inqilabçı tələbələrin təqibi idi.

Rimski-Korsakovu tanıtmaq üçün onun “Sadko”, “Motsart və Salyeri”, “Ölməz Kaşşey”, “Milad qabağı gecə”,"Qarqızı" operalarının adını sadalamaq bəlkə də yetərlidir.

 


 

255.4 KB