Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Cavanşir Quliyev

Quliyev Cavanşir Rəhim Oğlu - 1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkar kimi professor C.Hacıyevin sinfi üzrə bitirmişdir. Hal-hazırda Şimali Kiprdə pedaqoji fəaliyyətini davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1978), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Professor (2005), "Humay" və "Qızıl dərviş" mükafatlarının laureatıdır.

Əsərləri: "Yeddi məhbusə" 2 hissəli musiqili komediya (libretto - Ə.Əmirli. 2003),"Bayatı" Hollandiyanın "Atlas" orkestri üçün poema (2004), dördüncü Simfoniya "Dastan" (1994-2006), "Melodiya" violino, violonçel və piano üçün (2008), "Oğuznamə" baletindən birinci süita simfonik orkestr üçün (2010), "Expromte Suite" violino, violonçel və piano üçün 4 hissəli süita (2011), "Üç əhval" kamera orkestri üçün 3 hissəli süita (2011).

Filmlərə musiqi: "Cavid ömrü" (bədii film, ssenari Anar, rej. Ramiz Həsənoğlu. 2007), "Buta" (bədii film, ssenari və rej. İlqar Nəcəf. 2009),"Əli Kərim" (sənədli film, ssen. və rej. Tariyel Vəliyev. 2010), "Sübhün səfiri" (bədii film, ssen. Anar, rej. Ramiz Həsənoğlu. 2012).

Tamaşalara musiqi: "Müqəddəs Valentin günü" (müəllif - Ə.Əmirli. 2003), "Brusseldən məktublar" (müəllif - H.Həsənov. 2003), "Rəqabət" (müəllif - B.Vahabzadə.2004), "Woyzeck" (müəllif - G.Bühner.2007), "Biznesmen" (müəllif - R.Abdullayev. 2007), "Körpü" (müəllif - İ.Piriyev. 2008), "Yedəkçi" (müəllif - C.Müsahipzadə. 2009), "Rumuz Qoncagül" (müəllif O.Arayıcı. 2010), "Sofoklesin Antiqonesi" (müəllif - B.Brext. 2011), "Küçük adam, ne oldu sana?" (müəllif - H.Fallada. 2011),"Müsyo Jordan və dərviş Məstəli şah" (müəllif - M.F.Axundov. 2012), "Töre" (müəllif - T.Özakman. 2012).


"Əsgər marşı" 

3.7 MB

"Bura Vətəndir" 

İfa edir: Akif Islamzadə

4.7 MB