Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Bedrjix Smetana

Bedrjix Smetana Çex milli bəstəkarlıq məktəbinin yaradıcısıdır.  Dünya musiqi tarixinə pianist, dirijor kimi daxil olan görkəmli bəstəkarlardan biridir. Musiqi istedadı bəstəkarda çox erkən yaşlarından özünü biruzə vermişdir. Belə ki, 8 yaşlı Smetana artıq skripka və fortepianoda ifa etməyi bilmiş, həm də bir sıra əsərlər bəstələmişdir.

Qeyd etmək lazımdır ki, bəstəkarın yaradıcılıq irsi zəngindir. Bura çexiyada ilk opera olan və milli dildə yazılmış “Braniborlar Çexiyada”(1863), “Satılmış gəlin” (1870), “Dalibor” (1867), “Libuşe” (1872), “Poçeluy” (1876), “Tayna” (1878) operaları, Simfonik poemalar “İsveç mahnıları”(1859-1861), “Mənim Vətənim” (1874-1879), “Təntənəli” simfoniya E-dur (1853-1854), “Pajskiy karnaval”, fortepiano triosu g-moll, 2 simli kvartet (1876-1883), skripka və fortepiano üçün süita, 6 prelüdiya, Rondo C-dur, Çex rəqsləri, Konsert etüd, səs və fortepiano üçün 5 mahnı, kişi xoru və a kapella üçün çex mahnıları, qadın xoru və a kapella üçün 3 mahnı, “Çex mahnıları” qarışıq xor və orkestr üçün Kantata aiddir.

 


 

19.2 KB