Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Quliyev Tofiq

Azərbaycan musiqi tarixinə Tofiq Ələkbər oğlu Quliyev  bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi kimi daxil olmuşdur.

Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin  sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1935-cı ildə bəstəkar Z.Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

Ü.Hacıbəylinin  təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib.1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında  dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub.19601970 -ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, bəstəkar 1939-cu ildә respublikada ilk caz-orkestri tәşkil edir. 1951-ci ildә Moskva konservatoriyasını, 1954-cü ildә isә oranın aspiranturasını bitirәrәk Bakıya qayıtmış, 1954—57-ci illәrdә ADK-nın orkestr sinfinә rәһbәrlik etmiş, 1961—64-cü illәrdә Azәrbaycan Dövlәt Filarmoniyasının direktoru (1958—59 illәrdә bәdii rәһbәri) olmuşdur. Azәrbaycan estrada musiqisinin yaradıcılarındandır.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

 


 

55.7 KB