Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Mansurov Eldar

Eldar Mansurov 1952-ci il fecralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub. 1968–1972ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci  fortepiano sinfində, 1974-–1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası ) bəstəkarlıq fakültəsində professor C.Hacıyevin sinfində təhsil alıb.

"Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

1981-ci ildən SSRİ, sonralar isəAzərbaycan Bəsəkarlar İttifaqının , 1999-cu ildən Azərbaycn Kinomatoqrafçılar İttifaqının üzvüdür.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. Ailəlidir, 2 oğlu var.

1979-cu ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini professor C. Hacıyevin sinfi üzrə bitirmişdir. Görkəmli tarzən Bəhram Mansurovun ailəsində anadan olub.

Əsərləri: "Kleopatra" və "Olimp" baletləri, 5 simfoniya, 2 simfonik poema, violino və orkestr üçün Konseert, tar və simli kvartet üçün "Saqinamə", "Mahur-Hindi" simfonik muğamı və xor əsərləri, "Sevgilimin anası" müzikli, kamera-instrumental və xor əsərləri, 300-dən artıq mahnılar, teatr tamaşalarına və kinofilmlərə musiqi. Azərbaycanın əməkdar incəsənət xadimidir.

 


 

8.2 KB