Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Maqomayev Müslüm

Müslüm Maqomayev (tam adı: Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev; 18 sentyabr 1885 – 28 iyul 1937) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri, 

Uşaqlıq illərindən musiqi ilə maraqlanırdı, məktəb illərində musiqi dərnəklərində iştirak edirdi, Zaqafqaziya Müəllimlər Seminariyanın orkestrində ifa edirdi. Zaqafqaziya Müəllimlər Seminarıyada Ü.Hacıbəyli ilə tanış olub və ömür boyu yaxın dostluq edirdi. Semineriyanı bitirdikdən sonra əvvəl Şimali Qafqazda sonralar isə Azərbaycanda müəllim işləyirdi. Əbdulmüslim Maqomayev Bakıda tədris edərkən Üzeyir Hacıbəyovun rəhbərliyi altında olan Müsəlman opera truppası ilə ilk olaraq musiqiçi, sonra - dirijor və teatrın rəhbəri kimi əməkdaşlıq etməyə başladı. Daha sonra Azərbaycan SSR Xalq Təhsili Komissarlığında məsul vəzifələrdə çalışırdı.

Bəstəkar  operanın - "Şah İsmayıl" və "Nərgiz" müəllifidir. "Nərgiz" operası Sovet mövzusunda ilk Azərbaycan operasıdır. "Xoruz bəy" musiqi komediyasının, maһnı, rapsodiya, rәqs, marş vә fantaziyaların, "Şәlalә" simfonik pyesinin vә s. әsәrlәrin muәllifidir. 300-dәn artıq Azәrbaycan xalq maһnı vә rәqslәrini nota salmışdır. Maqomayevin əsərlərində Azərbaycanın milli incəsənətinin təsiri izlənilə bilər.

Müslüm Maqomayev 1937-ci il,  iyulun 28-də Nalçikdə vəfat edib.

 

 

 

 

 


 

24.6 KB