Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Dmitri Şostakoviç

Görkəmli rus bəstəkarı, pianoçusu, pedaqoqu və ictimai xadimi, XX əsrin ən böyük bəstəkarlarından olan D.Şostakoviç erkən yaradıcılığında Stravinski, Berq, Prokofyev, Hindemit kimi bəstəkətlardan bəhrələnmiş..

Daima klassik və avanqard musiqi ənənələrini öyrənən bəstəkar tezliklə emosiyalarla dolu özünəməxsus musiqi üslubunu işləyib hazırlayır. Bu üslub musiqisevərlər tərəfindən sevilir. Bəstəkar əsasən simfoniya və kvartetlərin müəllifidir. Belə ki, yaradıcılıq irsində 15 simfoniya, 15 simli kvartetlər, operalar (“Ledi Maqbet Mtsennskoqo uezda”, “Burun”, “İqroki”, operetta “Moskva, Ceryomushki”, baletlər “Zolotoy vek”, “Bolt”, “Svetlıy ruçey”, Bayram uvertyurası, “Pesn o lesax” oratoriyası, 24 prelüdiya və fuqa, bir sıra romanslar, kino və tamaşalara musiqilər təqdim olunur.


Prelüd və fuqa № 1 C-dur 

24 prelüd və fuqa fortepiano üçün

İfa edir: Boris Petruşanskiy

3.5 MB