UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Frans Şubert

Frans Piter Şubert - Vyana musiqi məktəbinin ən görkəmli nümayəndələrindən biri və musiqidə romantizmin banilərindən biri, 600-ə yaxın Leyder (Leider), səkkiz simfoniya - məşhur "Tamamlanmamış simfoniya", liturgik musiqi, opera və çoxsaylı kamera və solo piano musiqisinin müəllifidir. O, xüsusilə orijinal melodiyalı və harmonik musiqisi ilə məşhurdur.

Şubert 1797-ci ilin yanvarın 31-də Avstriyanın paytaxtı Vyana şəhərində anadan olmuşdur. Atası Franz Teodor Florian moravialı kəndlinin oğlu yerli kilsə məktəbinin müəllimi idi. Anası Elizabet Vitz isə dəmirçi qızı idi. Atası oğluna bacardığı qədər musiqi təhsili verə bilmişdir. Beş yaşında atasından mütəmadi dərslər almağa başlayır və bir il sonra Himmelpfortgrun məktəbinə daxil olur. 1808-ci ilin oktyabrında Stadtkonvikt (Kral internat məktəbi) məktəbinə daxil olur. Məhz bu məktəbdə Şubert ilk dəfəf olaraq Motsart musiqisi – onun uvertura və simfnoiyaları ilə tanış olur. Stadkonviktdəki sonrakı illərdə Şubert kifayət qədər kamera musiqisi, bir neçə mahnı və fortepioano üçün Kyrie və Salve Regina kimi bir sıra musiqi parçaları bəstələmişdir. Bundan başqa nəfəsli alətlər üçün oktet deyilənə görə anasının vəfatına həsr etmişdir, kantata və birinici simfoniyasını da yazmışdır. Səhnəyə və bir qədər sonra rəsmi işlərə başı qarışmasına baxmayaraq Şubert geniş musiqi fəaliyyəti ilə də məşğul olmağa vaxt tapır.

1814-cü ildə “Marqarita cəhrə arxasında”, 1815-ci ildə “Meşə padşahı”, “Forel”, “Serenada” mahnılarını yazır. As-dur Messa tamamlanır və məşhur "Tamamlanmamış Simfoniya" (B moll) üzərində çalışmalara 1822-ci ildə başlayır. 1823-cü ildə “Gözəl dəyirmançı qız”, 1827-ci ildə isə “Qış yolu” vokal məcmuəsini bəstələyir. 1827-ci ildə Şubert Winterreise mahnlılar silsiləsini, piano üçün Fantasia və iki piano triyosu yazır. 1828-ci ildə Məryəmin mahnısı, son üç piano üçün sonatası və ölümündən sonra Schüanengesang (“Qu quşu nəğməsi”) başlıq altımda mahnılar toplusu peyda olur. Sonuncu silsilənin altı mahnısı Henrix Heynenin sözləri əsasında yazılıb. Yaradıcılığının ən məhsuldar bir dövründə bəstəkarın sağlamlığı pisləşir. Bəstəkar 1828-ci ilin noyabr ayının 19-da 31 yaşında Vyanada qardaşı Ferdinandın mənzilində vəfat edir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası