UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Məmmədov Nəriman

Bəstəkar Məmmədov Nəriman Həbib Oğlu 1927-ci il dekabrın 28-də anadan olub.

1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını musiqişünas kimi, 1061-ci ildə bəstəkar kimi (professor C.Hacıyevin sinfi) bitirmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1961), Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1982), Dosent (2000), Azərbaycan Respublikasının Xalq artisti (2005).

Əsərləri: 6 musiqili komediya ( “Pasport” libretto – Ramiz Heydər. 2009), "Humay", "Şeyx Sənan" baletləri, 7 simfoniya, fleyta, violin və piano üçün Trio (2010), simfonik poema, zərb alətləri və orqan üçün Poema, "Azərbaycan" oratoriyası, piano və orkestr üçün 5 konsert, Azərbaycan şairlərinin sözlərinə bəstələnmiş mahnılar (2002-2011).

N.Məmmədov bir musiqişünas kimi muğamlarımızı tədqiq edərək "Rast", "Şur", "Çahargah", "Segah-Zabul", "Bayatı-Şiraz", Humayun", "Şahnaz", "Rahab" muğamlarını nota salmışdır.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası