Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Mirzəzadə Xəyyam

Bəstəkar Mirzəzadə Xəyyam Hadi Oğlu 1935-ci il oktyabrın 5-də anadan olub.

1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini (professor Q.Qarayev sinfi) bitirmişdir.

Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1972), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1975, 1986), Professor (1979), Azərbaycan Respublikasının Xalq artisti (1987), “Şöhrət” ordeni (2000).

Əsərləri: 2 simfoniya, "Oçerklər-63" simfonik poeması, iki simli kvartet, violino üçün Konsert, Sekstet, "Ağlar və qaralar" piano silsiləsi, bu silsilə əsasında yazılmış eyniadlı bir pərdəli balet, orkestr əsərləri - "Memory", "Konsertştük", "Pianto", R.Rzanın sözlərinə 4 essedən ibarət "Etiraf" vokal silsilə, kamera-instrumental əsərlər, dram tamaşalarına və kinofilmlərə musiqi.

Azərbaycan Xalq Artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Prezident təqaüdçüsü, professor.

  • Lenin komsomolu mükafatı  — 1970
  • "Azərbaycan SSR əməkdar incəsənt xadimi" fəxri adı-19 aprel 1972
  • Azərbaycan SSR dövlət mükafatı— 1975, 1986
  • "Azərbaycan SSR xalq artisti" — 11 dekabr 1987
  • "Şöhrət ordeni" - 4 oktyabr 2000
  •  "Şərəf ordeni"- 7 oktyabr 2010

 

152.6 KB