Mustafayev Ramiz Hacı oğlu - Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1973)
Azərbaycan Respublikasının xalq artisti (1987), dosent (1982), "Şöhrət" ordenli (2001), professor (2001).
Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.
1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib.
Bəstəkarın operalarından
- "Şirin" (1957) - diplom işi
- "Vaqif" (1960)
- "Xan və əkinçi" (1962)
- "Tərs keçi" (1964) - Teymur Elçinin librettosu əsasında birpərdəli uşaq operası
- "Polad" (1964) -Ənvər Əlibəylinin əsəri əsasında radio-opera
- "Aydın"
Musiqili komediyalar, operettalar
- "Xəsis" (1958) - bəstəkar Vasif Adıgözəlova birgə, Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası əsasında
- "Axırı yaxşı olar" (1967) - libretto: Rəfiq Zəka Xəndan
- "Qonşumuzda bir oğlan var" - libretto:Məhərrəm Əlizadə
- "Məsmə xanım dayımdır" (2001) – libretto: C. Məmmədov
Digər vokal əsərləri
- "Salatın" oratoriyası (1990) – sözləri:Nəbi Xəzri
- "Bu qan yerdə qalan deyil" vokal-simfonik poeması (1991) – sözləri: Məmməd İsmayıl
- "Nədən yarandın" vokal-simfonik poeması (1993) – sözləri:Əhməd Cavad
- "Haqq sənlədir, Azərbaycan!" kantatası (1992) – sözləri: Hikmət Ziya
- "Füzuli" vokal-simfonik poeması (1993) – sözləri: Məhəmməd Füzuli və HikmətZiya
- "Məhəmməd və Leyla" oratoriyası (2000) – sözləri: Bəxtiyar Vaghavzadə
- Eləcə də Məhəmməd Füzuli, Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Aslan Aslanov, Mirvarid Dilbazi, Hamlet İsaxanlı, Zəlimxan Yaqub , İ.Etibar, H.Sözlü, B.Orucoğlu, M.Daşqın, D.Nəbiqızı və b. şairlərin sözlərinə mahnı və romanslar (1990 – 2001) bəstələyib.
- Vasif Adıgözəlovla birlikdə Xəzər Universitetinin himninin müəllifidir – (sözləri Hamlet İsaxalınındır )
Uşaqlar üçün
- "Ana və qız" - Sözləri: TofiqMütəllibov.
- "Bahar gəlir" - Sözləri: Yusif Həsənbəy
- "Layla" - Sözləri: Sərdar Əsəd
- "Qızıl gül" - Sözləri:Sərdar Əsəd
- 45 uşaq mahnısı məcmuəsi (2001) – (mahnıların sözləri D. Nəbiqızı, Mirvarid Dilbazi, Məmməd Aslan, B.Orucoğlu, Ə.Ağayevindir)