Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Mustafayev Ramiz

Mustafayev Ramiz Hacı oğlu - Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1973),

Azərbaycan Respublikasının xalq artisti (1987), dosent (1982), "Şöhrət" ordenli (2001), professor (2001).

Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının, 5 operettanın ("Məsmə xanım dayımdır"). 9 oratoriyanın (N.Xəzrinin sözlərinə "Salatın", B.Vahabzadənin sözlərinə "Məhəmməd və Leyla"), 8 simfoniyanın, 5 vokal-simfonik poemanın (Ə.Cavadın sözlərinə "Nədən yarandın", M.Füzuli və H.Ziyanın sözlərinə "Füzuli", M.İsmayılın sözlərinə "Bu qan yerdə qalan deyil"), kantatanın (H.Ziyanın sözlərinə "Haqq sənlədir, Azərbaycan!") müəllifidir.

R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə iri həcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.

10 aprel, 2008-ci ildə Bakıda vəfat etmişdir.


"Azərbaycan" 

İfa edir: Fərid Əliyev

3.3 MB

"Bakının ulduzları" 

İfa edir: Anatollu Qəniyev

3.9 MB

"Elə onu gözləyirəm" 

İfa edir: Tükəzban İsmayılova

3.9 MB