Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Mustafazadə Vaqif

Mustafazadə Vaqif Əziz oğlu - Caz musiqi ustalarından biri. Azərbaycan əməkdar artisti (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1982, ölümündən sonra). ADMM-ni bitirmişdir (1963). Gürcüstan Filarmoniyasında "Qafqaz" caz-triosunu yaratmışdır (1965). Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu (1969-1970) olmuş, "Leyli" adlı ilk qadın vokal kvartetinə (1970), "Sevil" vokal-instrumental ansamblına (1971-1977) və "Muğam" instrumental ansamblına (1977-1979) rəhbərlik etmişdir.

Orijinal ifaçılıq üslubuna malik olan V.Mustafazadə Azərbaycan muğamlarını, xalq mahnı və rəqslərini yaradıcılığında işləmişdir. O, "Tallin-66", "Tbilisi-78" Ümumittifaq caz festivallarının laureatı olmuş, bəstəkarların Monte-Karloda VIII Beynəlxalq caz müsabiqəsində (Monako, 1978) I mükafata layiq görülmüşdür. V.Mustafazadə fortepiano və simfonik orkestr üçün Konsertin, "Muğam" simfoniyasının (tamamlanmamışdır) və s. əsərlərin müəllifidir.

Vaqif Mustafazadənin ev-muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərir. "Musiqi dünyası" jurnalı tərəfindən "Vaqif Mustafazadə" memorial saytı yaradılmışdır.


Əsərin adı