Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Mustafazadə Vaqif

Mustafazadə Vaqif Əziz oğlu - Caz musiqi ustalarından biri. Azərbaycan əməkdar artisti (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1982, ölümündən sonra). ADMM-ni bitirmişdir (1963). Gürcüstan Filarmoniyasında "Qafqaz" caz-triosunu yaratmışdır (1965). Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu (1969-1970) olmuş, "Leyli" adlı ilk qadın vokal kvartetinə (1970), "Sevil" vokal-instrumental ansamblına (1971-1977) və "Muğam" instrumental ansamblına (1977-1979) rəhbərlik etmişdir.

Orijinal ifaçılıq üslubuna malik olan V.Mustafazadə Azərbaycan muğamlarını, xalq mahnı və rəqslərini yaradıcılığında işləmişdir. O, "Tallin-66", "Tbilisi-78" Ümumittifaq caz festivallarının laureatı olmuş, bəstəkarların Monte-Karloda VIII Beynəlxalq caz müsabiqəsində (Monako, 1978) I mükafata layiq görülmüşdür. V.Mustafazadə fortepiano və simfonik orkestr üçün Konsertin, "Muğam" simfoniyasının (tamamlanmamışdır) və s. əsərlərin müəllifidir.

Vaqif Mustafazadənin ev-muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərir. "Musiqi dünyası" jurnalı tərəfindən "Vaqif Mustafazadə" memorial saytı yaradılmışdır

  • 1965-ci ildə Gürcüstanın Dövlət Filarmoniyasında  "Qafqaz" adlı trio yaradır.
  • 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır.
  • 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edir.
  • 1977-ci ildən 1979 -cu ilə kimi "Muğam" instrumental qrupuna aşçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olmuşdur.
  • 1978-ci ildə Monokada keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı almışdır.
  • 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür.
  • 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına  layiq görülmüşdür. O, forte-piano onsertlərinin, "Muğam" simfaoniyası  və başqa forte-piano şedevrlərinin müəllifidir.

Ev muzeyi

1989-cu ildə o zamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə  məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən  etibarən muzey Azırbaycan Respublikası Mədəniyyət Nazirliyinin   balansında dövlət muzeyi kimi fəaliyyətə başlamışdır.

 


Əsərin adı

 

111.6 KB