Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Rəcəbov Oqtay

Rəcəbov Oqtay Məmmədtağı oğlu 1941-ci il aprelin 5-də anadan olub. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Respublika Komsomol Mükafatı Laureatı (1982), Azərbaycan Respublikasının Əməkdar müəllimi (1987), Pedaqoji elmlər doktoru (1992), Yusif Məmmədəliyev adına mükafat (2001), "Tərəqqi" medalı (2006), Professor (2006), Rusiya Federasiyası Pedaqoji və Sosioloji Elmlər Akademiyasının Həqiqi üzvü (2009).

Əsərləri: "Əlin cibində olsun" (2002), "Şeytanın yubileyi" (2006) operettası, "Tıq-tıq xanım" (2009) opera, A capella xoru üçün 8 Azərbaycan xalq rəqsləri (2010), 6 saylı Simfoniya simfonik orkestr üçün (2011), Soprano və simli alətlər orkestri üçün Konsert (2010-11), "Çingiz" Simfoniya-Rekviyem solistlər, xor, qiraətçi və simfonik orkestr üçün (söz. A.Babayev, 2011), "Heydər oratoriyası" xor və simfonik orkestr üçün (2010), "Tərsinə çevrilmiş dünya" bədii filminə musiqi (2011), Nəşr olunan əsərlər: "Nəğməli əlifba" mahnı (2003), "14 miniatür" piano üçün (2004), "Musiqi ABC" mahnı məcmuəsi (2005), "Muzıkalnaya azbuka" 33 mahnı (2005), "24 Azərbaycan xalq mahnıları. I dəftər" (2006), "26 Azərbaycan xalq mahnıları. II dəftər" (2006), "Vətən nəğmələri" (50 mahnı) 2006.

Kitablar: "Azərbaycan bəstəkarlarının yaradıcılığı" (I cild, 2011), Uşaq musiqi məktəbləri üçün "Elementar musiqi nəzəriyyəsi" (2006), Uşaq musiqi məktəblərinin fortepiano ixtisası üçün 12 dərslik (2006-2012), Ümumtəhsil məktəbləri üçün 24 dərslik komplekti (2007-2012), Azərbaycan bəstəkarlarının uşaq mahnıları antologiyası (5 cild, 2010-2012).