UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Rüstәmov Səid

Rüstәmov Sәid Әli oğlu - Azәrbaycanın xalq artisti (1957). Stalin mükafatı laureatı (1951). Professor (1973). 1926-cı ildә müәllimlәr seminariyasını, 1930-cu ildә Bakı musiqi mәktәbinin tar sinfini (Hacıbəylidən vә M. Mәnsurovdan dәrs almışdır), 1932-ci ildә APİ-ni bitirmişdir.

1931-ci ildәn Azәrbaycan Radio Verilişlәri Komitәsindә Hacıbəylinin tәşkil etdiyi Azәrbaycan Xalq Çalğı Alәtlәri Orkestrinin konsertmeysteri, 1935—73-cü illәrdә һәmin orkestrin bәdii rәһbәri vә baş dirijoru olmuşdur.

1938 ildә Moskvada keçirilәn Azәrbaycan incәsәnәti ongünlüyündә göstәrilәcәk «Arşın mal alan» musiqili komediyasını Hacıbəylinin sifarişi ilә xalq çalğı alәtlәrinin müşayiәti üçün işlәmiş vә tamaşa onun dirijorluğu ilә göstәrilmişdir. "Beş manatlıq gәlin", "Durna", "Rәisin arvadı" musiqili komediyalarının, xalq çalğı alətləri orkestri üçün Cəngi, Qəhrəmanipyeslərinin, bir çox maһnıların ("Sürəyya", "Mən sülhə səs verirəm", "Hardasan", "Qurban adına", "Alagöz", "Bənövşə", "Sumqayıt"), "Hacı Qara", "Vaqif", "Almaz", "Bahar suları" və b. tamaşalara musiqinin müәllifidir.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası