Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Rüstәmov Səid

Rüstәmov Sәid Әli oğlu - Azәrbaycanın xalq artisti (1957). Stalin mükafatı laureatı (1951). Professor (1973). 1926-cı ildә müәllimlәr seminariyasını, 1930-cu ildә Bakı musiqi mәktәbinin tar sinfini (Hacıbəylidən vә M. Mәnsurovdan dәrs almışdır), 1932-ci ildә APİ-ni bitirmişdir.

1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikomun) tar sinifinə qəbul edilmişdir. Musiqi texnikumunda not üzrə Ü.Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansue Mansurovdan  dərs almışdır. 1926-ci ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır.1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini  bitirmişdir. 1926-cı ildə "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilmişdir. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində,Azərbaycan Dövlət Konservatoriyasında   (indiki Ü.Hacıbəyli adına Bakı MNusiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlamışdır.

Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmamışdır. Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap etmişdir. Bəstəkar kimi Səid Rüstəmovun yaradıcılığı janr etibarilə kifayət qədər genişdir. O, musiqili komediya janrına müraciət etmişdir; bir çox irihəcmli vokal-instrumental və instrumental əsərlər yaratmışdır; bir sıra dram tamaşalarına musiqi bəstələmişdir. Onun yaratdığı çoxsaylı mahnılar milli bəstəkar yaradıcılığı tarixində bu janrda yaradılan klassik nümunələr hesab edilir.

Qeyd edək ki, 1938 ildә Moskvada keçirilәn Azәrbaycan incәsәnәti ongünlüyündә göstәrilәcәk «Arşın mal alan» musiqili komediyasını Hacıbəylinin sifarişi ilә xalq çalğı alәtlәrinin müşayiәti üçün işlәmiş vә tamaşa onun dirijorluğu ilә göstәrilmişdir. "Beş manatlıq gәlin", "Durna", "Rәisin arvadı" musiqili komediyalarının, xalq çalğı alətləri orkestri üçün Cəngi, Qəhrəmanipyeslərinin, bir çox maһnıların ("Sürəyya", "Mən sülhə səs verirəm", "Hardasan", "Qurban adına", "Alagöz", "Bənövşə", "Sumqayıt"), "Hacı Qara", "Vaqif", "Almaz", "Bahar suları" və b. tamaşalara musiqinin müәllifidir.

Səid Rüstəmov 1983-cü ilin may ayında ağır infarkt keçirmişdir. Bununla da bəstəkar xəstəxanaya aparılmışdır. Xəstəxanadan sonra Səid Rüstəmov Mərdəkanda , şəxsi bağ evində yaşamağa başlamışdır. Səid Rüstəmovun iyun ayının 10-da vəziyyəti ağırlaşmış, həmin gün də Bakıda vəfat etmişdir. Bəstəkar I Fəxri Xiyabında  dəfn olunmuşdur.

 

 

 

 

 

 


 

34.4 KB