Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Sabitoğlu Emin

Bəstəkar Mahmudov Emin Sabit oğlu 1937-ci il noyabr ayının 2-də Bakı şəhərində  doğlub. Musiqi məktəbindən sonra Konservatoriyaya daxil olub (1954, Qara Qarayevin sinfi). İki ildən sonra P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilib (1956-1961, Y.Şaporinin bəstəkarlıq sinfi). 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilər də özünəməxsusluğu ilə seçilir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

Mükafatları

  • Lenin komsomolu mükafatı — 1968
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979
  • Azərbaycan SSR dövlət mükafatı — 1986
  • "Şöhrət" ordeni — 1997
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000
  • Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatı — 2001

 


 

101.9 KB