Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Zeynallı Asəf

Zeynallı Asәf Zeynalabdin oğlu - ADK-nın bәstәkarlıq sinfini bitirmiş (1931), burada Azәrbaycan xalq musiqisinin әsaslarını Hacıbəylidən öyrәnmişdi. Simfonik, kamera-vokal vә instrumental әsәrlәrin («Ölkәm», «Sual», «Seyran», «Sәrһәdçi», «Çadra» romansları, f-no üçün fuqalar, pyeslәr, skripka vә fp. üçün pyes vә s.), piano üçün "Uşaq süitası" silsiləsinin, "Çahargah" pyesinin, violino və piano üçün "Muğamsayağı", 12 fuqanın, simfonik orkestr üçün "Fraqmentlər", dram və teatr tamaşalarına musiqinin müәllifidir.

1928-ci ildәn ADK nәzdindәki musiqi mәktәbindә musiqi nәzәriyyәsindәn dәrs demişdir. Hacıbəyli onun yaradıcılığını yüksәk qiymәtlәndirirdi. 1933-cü ildә Zeynallının vәfatının ildönümü münasibәtilә etdiyi mәruzәdә Hacıbəyli onun vaxtsız ölümünә ürәk yanğısı ilә tәәssüflәnәrәk demişdi: «... o, olduqca böyük, orijinal vә dәrin düşüncәli bir bәstәkar ola bilәrdi».


"Çahargah" fortepiano üçün 

İfa edir: Murad Adıgözəlzadə

2.4 MB

"Muğamsayağı" violino və fortepiano üçün 

İfa edir: Anar İbrahimov

4.3 MB