UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar

Leşqorn Albert

Bəstəkar, pianoçu, müəllim

Leşqorn Karl Albert Alman bəstəkarıdır.  1819-cu il 27 iyun tarixində anadan olub. 

Lyüdviq Berqerin sinfində fortepiano dərslərini alıb, 1839-cu il Berqerin ölümündən sonra ixtisas dərslərini onun tələbəsi Rudolf Kiliçkidən, daha sonra isə   Berlin Kral İnstitutunda Avqust Vilhelm Bax və Eduard Qrelyadan bəstəkarlıq dərslərini alır. 

1847-ci ildə adolf və Yuliusom Ştalknext qardaşları ilə birgə fortepiano triosunda iştirak edir. Trio Berlində uğur qazanır, 1853-cü ildə Rusiyada uğurla çıxış edirlər. 

1851-ci ildə fortepiano dərslərini tədris edir, 1858-ci ildə professor adını qazanmışdır.

1883-cü ildə təqaüdə çıxdı və öz villasında məskunlaşdı, lakin üç il sonra pulunu əmanət etdiyi bankın iflasına görə, yenidən müəllimliyə qayıtmağa məcbur oldu. 

Leşqorn bir sıra fortepiano etüdlərinin, həmçinin fortepiano istisasında təhsil alan şagirdlər üçün istiqamətlər vermişdir.  Onun məşhur əsərləri Op.66 № 22 və Op. 169 № 9 (İngilis dilində tədris praktikasında  "Şəlalənin mahnısı", İngilis şəlaləsinin mahnısı adlanır) kvartet, trio, sonatalardır. 

Leşqorn Karl Albert  4 iyun 1905-ci ildə vəfat etmişdir. 

 

 

 


 

7.8 KB