Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Bəstəkarlar
Bəstəkarlar
|

Bela Bartok

 

Bela Bartok məşhur Macar bəstəkarı, pianoçusu, musiqi folklorçusu və pedaqoq kimi dünya musiqi tarixinə daxil olmuşdur. Bartok 1881-ci ildə Rumıniyanın Macarıstanla sərhəddində yerləşən Naqsent Miklaş şəhərində anadan olmuşdur. Uşaqlıq illərində L.Erkeldən fortepiano və harmoniya dərsləri alır. Onun anası pianoçu Payla Bartok isə onun ilk müəllimi olur. O, 6 yaşında ilk konsertini verir.  7 yaşında ikən artıq musiqi bəstələməyə başlayır. Budapeşt Musiqi Akademiyasında f-no və bəstəkarlıq ixtisaslarından Resslərdən dərslər alır.

1907-34-cü ildən etibarən isə B.Bartok özü  Akademiyanın fortepiano sinfinin professoru olur.

1906-cı ildən isə o həm də,  dostu Z.Kodayla birlikdə  macar, rumın, türk, slovak və ərəb xalq  mahnılarını toplayır, nota köçürür və öyrənir.  Bəstəkar 11 min xalq musiqi folkloruna aid nümunələr toplayır. 20 –ci ildən etibarən Bartokun adı dünyada məşhurlaşmağa başlayır və onun əsərləri dünyanın hər yerində səslənir. Özü pianoçu kimi  bir çox ölkələrdə çıxışlar edir. ( 1929- cu ildə müəllif konserti ilə Moskva, Leninqrad , Xarkov və Odessada çıxış edir)

1940- cı ildə diktaturaya qarşı etiraz səsini ucaldır və emiqrant kimi ABŞ-da yaşayır. B.Bartok ABŞ-da Kolumbiya Universitetinin fəxri doktoru , ölümündən sonra isə 1955-ci ildə Beynəlxalq Sülh mükafatı laureatı adına layiq görülür.

 Yaradıcılığında bəzi əsərlərdə modernist meyllər hiss olunsa da ( ilk dövr əsərlərində List, Vaqner və Bramsın təsiri duyulurdu. Yeganə operasında impressionizmdən ekspressionizmə yol , “Əcaib mandarin” baletində isə ekspressionizmin möhürü hiss olunur).  Qeyd etmək lazımdır ki, onun musiqisi əsasən Macar kənd folkloruna yaxındır. 

Əsərləri :

 “Göy saqqal hersoqun qəsri” operası ( 1911- 1918)

Baletləri : “Ağac şahzadə”,(1917) , “Əcaib mandarin” ( 1919- 1926)

 2 solist ,ikili xor və orkestr üçün “Dünyəvi kantata”

10 hissəli “Koşut” simfoniyaı (1903)

2 suita , 2 portret, 2 şəkil, Rəqs suitası, Macar şəkilləri, Orkestr üçün konsert – 1943,

Fortepiano üçün 3 konsert, F-no üçün (6 dəftərdə) 153 pyes, “Mikrokosmos” uşaqlar üçün 85 asan pyes (1908-1945)

15 macar kəndli mahnısı (1914),  7 Rumın xalq rəqsi (1915), romanslar, xalq mahnılarının işləmələri, 2700 Macar , 3500 Rumın,  2600 slovak, 200 ərəb , 66 tük

 

 


 

19.3 KB

 

183.7 KB