Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Alətlər

Skripka

Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür.

Skripka mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur.

Gövdəsi oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrif üzərinə dörd sim çəkilmişdir. 70 hissədən ibarətdir. Notları sol açarıyla yazılan skripkanın simləri Sol, Re, Lya, Mi sırası ilə düzülərək akkord edilir. Simlərin köklənməsi belədir: IV-g, III-d¹, II-a¹, I-e². Diapazon kiçik oktavanın sol səsindən dördüncü oktavanın lya səsinə kimidir.

Skripka kamanı simlər üzərində yuxarı–aşağı hərəkət etdirməklə çalınır. Skripkada çalğı texnikası rəngarəng ştrixlərlə zəngin (detaşe, leqato, stakkato, pissikato) və geniş imkanlara malikdir.  Partiturada Skripka partiyası zərb alətlərindən aşağıda yazılır. 

Simli və ya simfonik orkestrdə birinci səsi - ən ifadəli və mühüm əhəmiyyətli melodik xətti ifa edən skripkalar qrupu.

Orkestrdə birinci skripkalar ümumi sayına görə üstünlük təşkil edir və dirijordan sol tərəfdə əyləşirlər.


 

1.9 MB