UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Alətlər

Hoboy

(ital. oboe; alm. Hoboe; fr. hautbois: haut – yüksək, bois – ağac)

Ağac nəfəsli alət; konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından professional musiqidə istifadə olunur.

Səslənmə diapazonu iki oktava yarım həcmindədir (kiçik oktava si-bemol, üçüncü oktava fa). Hoboyun növü – ingilis nəfiri.

Ətraflı mənbə: Məktəblinin Elektron Musiqi Kitabxanası