Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Alətlər

Baraban, təbil

Zərb aləti. Müxtəlif növləri var:

1. Kiçik baraban, hərbi baraban və ya sadə baraban (ital. tamburo militare) – kiçik ölçülü zərb alətidir, gövdəsi hər iki üzünə dəri çəkilmiş taxta və ya metal silindrdən ibarətdir; iki taxta çubuqla vurmaqla çalınır. Barabanda da müxtəlif çalğı üsulları vasitəsilə yüksək registrdə kəskin və iti vurğulu, dəqiq ritmik ölçülü səslənmə əldə olunur.

2. Böyük baraban (ital. qran cassa), bəzən türk barabanı da adlandırlır – iri ölçülü zərb alətidir; gövdəsi ağacdan düzələn geniş silindrin üzərinə çəkilmiş dəridən ibarətdir. Uclarına mahud parça bağlanmış çubuqla çalınır. Aşağı registrdə güclü səslənməyə malikdir.


 

561.3 KB