UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbi

      Cövdət Hacıyev adına 3 nömrəli onbirillik  musiqi məktəbi 07 sentyabr 1955-ci ildən  Bakı  şəhər  İcra  Hakimiyyətinin  Mədəniyyət  şöbəsinin  349/K  nömrəli  əmriəsasında  yaradılmışdır.

     2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  “Cövdət Hacıyev xatirəsinin əbədiləşdirilməsi  haqqında”  18 fevral 2004-cü il tarixli 887 nömrəli  Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin  25 fevral  2004-cü il tarixli  50  nömrəli  əmri ilə məktəbə görkəmli  bəstəkar, Azərbaycan milli simfonizminin  banisi Cövdət İsmayıl oğlu  Hacıyevin  adı  verilmişdir.

     Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2008-ci il  27  avqust tarixli  309s  saylı  Sərəncamı ilə təsdiq edilmiş  “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi ,incəsənət və rəssamlıq məktəblərinin  fəaliyyətinin yaxşılaşdırılması  üzrə  İnkişaf  Proqramı” na  əsasən  Mədəniyyət və Turizm Nazirliyinin  2012-ci il 15 may tarixli  298 saylı  Əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə  “xor şöbəsi”  açılmış  və tədricən xor məktəbinə  çevrilməsi  nəzərdə tutulmuşdur.

       Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin 16.09.2014-cü il tarixli109 nömrəli əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçirilmişdir


Bakı şəhəri
Ünvan:
AZ 1003, Səbail rayonu, Bayıl qəsəbəsi, Q.Əlizadə küçəsi 5
Telefon:

(+994 12) 491-49-56

(+994 12) 491-19-93

E-mail:

c.haciyev3umm@mail.ru

 

1.4 MB

 

2.2 MB

 

2.4 MB