UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Gədəbəy Aşıq Məktəbi

  Təməli 2009 - cu il mayın 26 - da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş Gədəbəy Aşıq məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.

    İki mərtəbəli məktəb binasının həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

   Məktəbdə saz, balaban, zurna və nağara ixtisasları üzrə rayonun 32 kəndindən 158 şagird təhsil alır. Şagirdlər müvafiq ixtisaslar üzrə müəllimlərlə təmin edilmişdir. Məktəbdə muzey,  kitabxana, səsyazma studiyası akt zalı vardır.

 Məktəbin direktoru Etibar Əliyevdir.

 


Gədəbəy şəhəri
Ünvan:
AZ 2100, Gədəbəy şəhəri, İ.Mirzəyev küçəsi 2
Telefon:

(+994 22) 326-31-89

E-mail:

eliyev.62@mail.ru

 

709.4 KB