Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbi 01.09.1994-cü ildə yaranıb və Slavyanka kənd mədəniyyət evinin binasında yerləşmişdir.
Məktəbin direktoru: İlham Adil oğlu Zeynalov
Zeynalov İlham Adil oğlu 07.05.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 1989-1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını zoomühəndis ixtisası üzrə bitirmişdir. 1995-1999-cu illərdə Gəncə Musiqi Texnikumunu qarmon ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə Azərbaycan Milli Konservatoriyasını musiqişünaslıq ixsası üzrə bitirmişdir. 1990-1993-cü illərdə Gədəbəy rayon Zəhmət kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi çalışıb. 1993-1994-cü illərdə Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbində qarmon müəllimi çalışıb. 25.08.1994-cü ildən Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində direktor vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
Fortepiano şöbəsinin müdiri: İntizar İntiqam qızı Əmiraslanova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Röyal Cəmil oğlu Mahmudov
Nəzəriyyə şöbəsinin müdiri: Dürdanə Cəbrayıl qızı Əfəndiyeva