Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

4 nömrəli Uşaq Musiqi Məktəbi

          4 nömrəli Uşaq Musiqi Məktəbinin yaranma tarixi 1926/1927-ci illərdən başlayır.Bakıda fəaliyyət göstərən musiqi studiyasının nəzdində 1926-cı ildən Bakının Balaxanı,Sabunçu.Bakıxanov qəsəbələrinin filialları fəaliyyət göstərirdi.1933-cü ildən, bu musiqi studiyaları sonralar musiqi məktəbinin yaranmasında müəyyən rol oynamış və Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının Milli Azlıqları Şurasının  nəzdində təşkil edilmişdir. 1950-ci ildən Razin qəsəbəsi (indiki Bakıxanov ) filialı müstəqil məktəb kimi  fəaliyyətə başlamışdır. 1950-ci ildən,1994-cü ilə kimi məktəbdə direktor vəzifəsini ilk Əməkdar Müəllim Aleksey Mixayloviç Vladimirov icra etmişdir. Məktəbin ilk yarandığı dövrdən 1930-cu illərin əvvəllərində L.V.Rostropoviç və S.N.Rostropoviçlərin şagirdlərə  violonçel və fortepiano üzrə dərs verməsi haqqında dövlət arxiv sənədlərində məlumatlar vardır.Rostropoviçlərin musiqi fəaliyyəti Bakı şəhərinin musiqi həyatında o cümlədən Sabunçu,Balaxanı,Bakıxanov fəhlə bölmələrində müəyyən iz buraxmışdır.


Bakı şəhəri
Ünvan:
AZ 1040, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 2
Telefon:

(+994 12) 425-50-25

(+994 12) 425-22-40

E-mail:

4_umm@mail.ru

 

233.6 KB

 

153.3 KB