Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri 4 nömrəli Uşaq Musiqi Məktəbi

          4 nömrəli Uşaq Musiqi Məktəbinin yaranma tarixi 1926/1927-ci illərdən başlayır.Bakıda fəaliyyət göstərən musiqi studiyasının nəzdində 1926-cı ildən Bakının Balaxanı,Sabunçu.Bakıxanov qəsəbələrinin filialları fəaliyyət göstərirdi.1933-cü ildən, bu musiqi studiyaları sonralar musiqi məktəbinin yaranmasında müəyyən rol oynamış və Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının Milli Azlıqları Şurasının  nəzdində təşkil edilmişdir. 1950-ci ildən Razin qəsəbəsi (indiki Bakıxanov ) filialı müstəqil məktəb kimi  fəaliyyətə başlamışdır. 1950-ci ildən,1994-cü ilə kimi məktəbdə direktor vəzifəsini ilk Əməkdar Müəllim Aleksey Mixayloviç Vladimirov icra etmişdir. Məktəbin ilk yarandığı dövrdən 1930-cu illərin əvvəllərində L.V.Rostropoviç və S.N.Rostropoviçlərin şagirdlərə  violonçel və fortepiano üzrə dərs verməsi haqqında dövlət arxiv sənədlərində məlumatlar vardır.Rostropoviçlərin musiqi fəaliyyəti Bakı şəhərinin musiqi həyatında o cümlədən Sabunçu,Balaxanı,Bakıxanov fəhlə bölmələrində müəyyən iz buraxmışdır.

 

Məktəbinin  direktoru: Dilbər Zakir qızı Rəhmanova

16.01.1983-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə İncəsənət Gimnaziyasını kamança, 2001-ci ildə Azərbaycan Dövlət Milli Konsevatoriyasını kamança ixtisası üzrə bitirib. D.Rəhmanova 2005-2013 illərdə Bakı şəhəri 4 nömrəli Uşaq Musiqi Məktəbində müəllim, 2009-2013-cü illərdə Müslim Maqomayev adına Azərbaycan Dövlət  Akademik Filarmoniyasında Xalq Çalğı Alətləri orkestrində  artist vəzifələrində işləmişdir. 2018-ci ildə Fələsəfə Elmləri Doktoru adına layiq görülüb. 29.12.2013-cü ildən 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Aybəniz Cümşüd qızı Qocayeva

Fortepiano şöbəsinin müdiri: Aynur Hüseynağa qızı Ağabəyli

Xalq çlğı alətləri şöbəsinin müdiri: Adilə Sultan qızı Məmmədova

Orkestr alətləri şöbəsinin müdiri: Elvin Sarastan oğlu Rzayev

Nəzəriyyə şöbəsinin müdiri: Soltanova Sevil Tofiq qızı


Bakı şəhəri
Ünvan:
AZ 1040, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi 2
Telefon:

(+994 12) 425-50-25

(+994 12) 425-22-40

E-mail:

4_umm@mail.ru

 

233.6 KB

 

153.3 KB