Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbi

Gəncə şəhər Uşaq incəsənət məktəbi 1991-ci il Sentyabr ayından fəaliyyətə başlamışdır.

1996-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Uşaq İncəsənət məktəbinin Gəncə şəhərində filialı açılmışdır. 2003-cü ilin Noyabr ayında Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin istifadə olunmayan bir hissəsi Gəncə şəhər İcra Hakimiyyətinin sərəncamı ilə Uşaq incəsənət məktəbinə yardımçı əlavə korpus kimi tədris üçün verilmişdir.     

 

Məktəbin direktoru: Ramail Musa oğlu Atayev

Ramail Musa oğlu Atayev 3 noyabr 1956-cı il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1971-1975-ci illərdə Q.Hüseynli adına Kirovabad Musiqi Texnikumunu tar ixtisası üzrə bitirmiş, 1976-1981-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını konsert ifaçısı, müəllim ixtisası üzrə bitirmişdir.

1973-1974-cü illərdə Gəncə Alimlər Evində tar müəllimi, 1975-1976-ci illərdə Gəncə şəhər 4 №-li Uşaq Musiqi Məktəbində tar müəllimi, 1981-1993-cü illərdə Ü.Hacıbəyov adına Ağcabədi şəhər Uşaq Musiqi Məktəbində direktor vəzifəsində, 1994-2010-cu illərdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbində tar müəllimi işləmişdir.

26 yanvar 2010-cu ildən Gəncə şəhər Uşaq İncəsənət Məktəbin direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var. YAP-ın üzvüdür.

 

Tədris işləri üzrə direktor müavini: Ziyafət Ziyad qızı Mərdanova

Fortepiano şöbəsinin müdiri: Elnarə Rafiq qızı Zülfüqarova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Təranə Qafur qızı Qarayeva

Nəzəriyyə şöbəsinin müdiri: Nailə Nürəddin qızı İbrahimova

 

 

 


Gəncə şəhəri
Ünvan:
AZ 2024, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi 65
Telefon:

(+994 22) 254-18-54

(+994 22) 254-57-65

E-mail:

gence-incesenet.mek@mail.ru

 

1.6 MB