Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbi

1923-cü ildə Məşədi Cəmil Əmirovun (F.Əmirovun atası) səyi, Üzeyir Hacıbəyovun və Bülbülün köməkliyi ilə Azərbaycanda yaranan ilk musiqi məktəbidir.

1923-cü il avqust ayının 26-da Şəhər Qubernatorunun əmrinə əsasən musiqi Studiyasının bazası əsasında Gəncədə ilk dəfə olaraq indiki Fikrət Əmirov adına 1 saylı  musiqi məktəbi təşkil edilmişdir. Üzeyir Hacıbəyovun təklif və təşəbbüsü ilə bu professional sənət ocağına direktor görkəmli tarzən, bəstəkar məşədi Cəmil Əmirov (Fikrət Əmirovun atası) təyin edilmişdir. 

 

Məktəbin direktoru: Aidə Fazil qızı Əmrahova.

Aidə Fazil qızı Əmrahova 8 oktyabr 1962-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1981-1986-cı illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1986-2004-cü illərdə Q.Hüseynli adına Musiqi Texnikumunda fortepiano müəllimi işləmişdir. 1 iyun 2004-cü ildən Gəncə şəhər Fikrət Əmirov adına 1 №-li Uşaq Musiqi Məktəbin direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var. YAP-ın üzvüdür

 

Tədris işləri üzrə direktor müavini: Elmira Adil qızı Əliyeva

Fortepiano şöbəsinin müdiri: Ülviyyə Akif qızı Məlikova

Xalq çalğı alətlər şöbəsinin müdiri: Fərhad Hamlet oğlu Ağayev

Simli və nəfəsli alətlər şöbəsinin müdiri: Surxay Aftandil oğlu Əhmədov

Nəzəriyyə şöbəsinin müdiri: Məhrubə Usub qızı Məmmədova


Gəncə şəhəri
Ünvan:
AZ 2000, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 472
Telefon:

(+994 22) 256-79-44

(+994 22) 256-42-92

E-mail:

1sayliumm@mail.ru

 

9.2 MB