Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin binası 1959-cu ildə Uşaq bağçası üçün tikilib, 1964-cü ildə isə bina uyğunlaşdırılaraq musiqi məktəbi kimi fəaliyyətə başlayıb.
Məktəbin direktoru: Elman Dəmir oğlu Məmmədov
Elman Dəmir oğlu Məmmədov 10 dekabr 1953-cü il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1970-1974-cü illərdə Q.Hüseynli adına Kirovabad Musiqi Texnikumunu skripka ixtisası üzrə bitirmiş, 1979-1984-cü illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunu ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə bitirmiş, 2011-2013-cü illərdə Azərbaycan Milli Konservatoriyasını xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə bitirmişdir.
1971-1974-cü illərdə Kirovabad şəhər M.Qorkiy adına 1 №-li orta məktəbində musiqi müəllimi, 1976-1987-ci illərdə Gəncə şəhəri Bülbül adına 3 №-li Uşaq Musiqi Məktəbində skripka müəllimi, 1987-2008-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir.
8 aprel 2008-ci ildən Gəncə şəhər Bülbül adına 3 №-li Uşaq Musiqi Məktəbin direktor vəzifəsində çalışır.
Ailəlidir, 1 övladı var. YAP-ın üzvüdür
Tədris işləri üzrə direktor müavini: Şövkət Şirin qızı Əsədova
Fortepiano şöbəsinin müdiri: Svetlana Sahib qızı Əsgərova
Simli alətləri şöbəsinin müdiri: Şəhla Oktay qızı Abbasova
Xalq çalğı alətləri şöbəsinin müdiri: Gülər Nemət qızı Məmmədova
Nəzəriyyə şöbəsinin müdiri: Adilə Nadir qızı Əliyeva
(+994 22) 257-68-89
musiqimektebi.3nomreli@mail.ru