Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbi

      Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin binası 1959-cu ildə Uşaq bağçası üçün tikilib, 1964-cü ildə isə bina uyğunlaşdırılaraq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 

 

Məktəbin direktoru: Elman Dəmir oğlu Məmmədov

Elman Dəmir oğlu Məmmədov 10 dekabr 1953-cü il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1970-1974-cü illərdə Q.Hüseynli adına Kirovabad Musiqi Texnikumunu skripka ixtisası üzrə bitirmiş, 1979-1984-cü illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunu ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə bitirmiş, 2011-2013-cü illərdə Azərbaycan Milli Konservatoriyasını xalq çalğı alətləri orkestrinin dirijoru ixtisası üzrə bitirmişdir.

1971-1974-cü illərdə Kirovabad şəhər M.Qorkiy adına 1 №-li orta məktəbində musiqi müəllimi, 1976-1987-ci illərdə Gəncə şəhəri Bülbül adına 3 №-li Uşaq Musiqi Məktəbində skripka müəllimi, 1987-2008-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir.

8 aprel 2008-ci ildən Gəncə şəhər Bülbül adına 3 №-li Uşaq Musiqi Məktəbin direktor vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var. YAP-ın üzvüdür

 

Tədris işləri üzrə direktor müavini: Şövkət  Şirin  qızı Əsədova

Fortepiano şöbəsinin müdiri: Svetlana Sahib qızı Əsgərova

Simli alətləri şöbəsinin müdiri: Şəhla Oktay qızı Abbasova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Gülər Nemət qızı Məmmədova

Nəzəriyyə şöbəsinin müdiri: Adilə Nadir qızı Əliyeva

 

 


Gəncə şəhəri
Ünvan:
AZ 2013, Gəncə şəhəri, Alimunumçular qəsəbəsi, Dədə Qorqud küçəsi 182
Telefon:

(+994 22) 257-68-89

E-mail:

musiqimektebi.3nomreli@mail.ru

 

1.1 MB