Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi

Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbi 1971-ci ildən fəaliyyət göstərir. Məktəbə 1990-cı ildən tarzən Zərif Qayıbovun adı verilmişdir. Məktəb Gəncə şəhər Mədəniyyət İdarəsinin balansındadır.  Məktəbin   ümumi   sahəsi   2714  kv.m.

 

Məktəbin direktoru: Müşafərim Cəbrayıl qızı Əsgərova

Müşafərim Cəbrayıl qızı Əsgərova 24 fevral 1957-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. 1972-1976-cı illərdə Q.Hüseynli adına Kirovabad Musiqi Texnikumunu uşaq musiqi məktəbində müəllim və konsertmeystr ixtisası üzrə bitirmiş, 1979-1984-cü illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunu riyaziyat müəllimi ixtisası üzrə bitirmişdir.

1976-1995-ci illərdə Gəncə şəhəri Z.Qayıbov adına 5 №-li Uşaq Musiqi Məktəbində fortepiano müəllimi, 1995-2011-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir.

25 oktyabr 2011-ci ildən Gəncə şəhər Z.Qayıbov adına 5 №-li Uşaq Musiqi Məktəbin direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var. YAP-ın üzvüdür.

 

Tədris işləri üzrə direktor müavini: Sevinc Fazil qızı Kazımova

Fortepiano şöbəsinin müdiri: Lüdmila İslam qızı Aslanova

Simli alətləri şöbəsinin müdiri: İradə Faiq qızı Əliyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: İbrahim Eyyub oğlu Abbasov

Nəzəriyyə şöbəsinin müdiri: Gülcahan Hidayət qızı Hüseynova

 

 


Gəncə şəhəri
Ünvan:
AZ 2002, Gəncə şəhəri, N.Nərimanov prospekti 123
Telefon:

(+994 22) 267-05-47

E-mail:

5musigimektebi@mail.ru

 

1.2 MB