Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi

Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin fəaliyyəti 1937-ci ildən başlanmışdır.

Bakı şəhər İcra Komitəsinin İdarə arxivindən verilən  1986-ci il 30 iyun tarixli 36/222 nömrəli arayışa əsasən Bakı şəhər İcraiyyə Komitəsinin  Mədəniyyət İdarəsinin 7-illik musiqi məktəbləri Birliyinin Əmək haqqı cədvəllərinə  görə aşağıdakılar məlumdur:

Məktəb 1937-ci il sentyabr ayından 1939-cu il fevral ayına kimi Dənizçilər klubunun nəzdində Azərbaycan SSR Xalq Komissarlığı Soveti incəsənət işləri üzrə İdarənin tərkibində;

1939-cu il mart ayından - 1939-cu il may ayına qədər Dənizçilər klubunun nəzdində Azərbaycan SSR Xalq Komissarlığı Soveti incəsənət işləri üzrə İdarənin nəzdindəki Musiqi Birliyinin tərkibində;

1939-cu il may ayından 1940-cı il iyul ayına qədər Dənizçilər klubunun nəzdində Bakı Şəhər Xalq Təhsili musiqi məktəbləri Birliyinin tərkibində hesab edilmişdir;

1940-cı ildən 6 saylı Uşaq musiqi məktəbi Bakı şəhər İcra Hakimiyyəti tərkibindədir.

1992-ci il 19 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 7 sentyabr 1992-ci il 198 №-li sərəncamına əsasən 6 saylı Uşaq musiqi məktəbinə Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən Əhməd Ağa Məmməd Rza oğlu  Bakıxanovun adı verilib.

Musiqi məktəbinin yerləşdiyi bina XX əsrin əvvəllərində «İslamiyyə» adlı mehmanxana olmuşdur. Üzeyir Hacıbəyovun ev-muzeyindən alınmış sənədə əsasən dahi bəstəkar bir müddət burada yaşayıb yaratmışdır. Şərqin ilk operası olan «Leyli və Məcnun»u məhs burada yazmış, onun səhnə quruluşunu hazırlamışdır.

         Məktəbə aşağıdakı şəxslər rəhbərlik etmişlər:

         Qəzənfər Rəhim oğlu Topçiyev - Azərbaycan Respublikasının «Əməkdar İncəsənət Xadimi»   -  1955-1971-ci illər

         Talıb Heydərbəy oğlu Səlimxanov - 1971-1979-cu illər

         Cəmilə Məmmədağa qızı Səttarova - Azərbaycan Respublikasının «Əməkdar İncəsənət Xadimi» - 1980-1985-ci illər

         Validə Hüseyn qızı İskəndərova - 1986-2014-cü illər

         Almaz Fəxrəddin qızı Əhmədova - 2014-2019-cu illər

Məktəbin direktoru: Fidan Hacıağa qızı Hacıyeva Naylor -  Azərbaycan Respublikasının xalq artisti

07.09.1976-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fortepiano sinfini, 1998-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasını opera, konsert-kamera müğənnisi, 2000-ci ildə Bakı Musiqi Akademiyasını musiqişünaslıq (vocal) ixtisası üzrə, 2006-cı ildə Bakı Musiqi Akademiyasını aspiranturanı bitirmişdir. 1996-2014-cü illərdə Azərbaycan Dövlət Opera və Balet teatrında vokal-artisti vəsifəsində işləmşdir. 13.09.2019-cu ildən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır.  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2015-ci ildə “Xalq artisti” fəxri adına layiq görülmüşdür.

Ailəlidir, 3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Fəxriyyə Hüseyn qızı Quliyeva

Fortepiano şöbəsinin müdiri: Tamilla Yusif qızı Kazımova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Vəfa Fərhad qızı Babazadə

Orkestr şöbəsinin müdiri: İrina İvanovna Rüstəmova

Nəzəriyyə şöbəsinin müdiri: Tamilla Remiyevna Əliyeva


Bakı şəhəri
Ünvan:
AZ 1009, Yasamal rayonu, S.Tağızadə küçəsi ev 78
Telefon:

(+994 12) 492-45-33

(+994 12) 492 31 81

E-mail:

umm.6.baku0131xanov@gmail.com

Url:
www.6sayliumm.com

 

1.1 MB