Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Goranboy rayon Borsunlu kənd Uşaq Musiqi Məktəbi

Goranboy rayon Borsunlu kənd Uşaq Musiqi Məktəbi 2001-ci il də Dəlimmədli şəhər uşaq musiqi məktəbinin nəzdində filial, 2003-cü ildən isə məktəb statusu almışdır

 

Məktəbin direktoru: Tünzalə Qasım qızı Hüseynova

Tünzalə Qasım qızı Hüseynova 15 yanvar 1959-cu il tarixində Gəncə şəhərində anadan olmuşdur.

1974-1978-ci illərdə Q.Hüseynli adına Kirovabad Musiqi Texnikumunu fortepiano müəllimi, konsertmeystr ixtisası üzrə bitirmiş, 2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialını ibtidai təhsilin pedaqoqika və metodikası ixtisası üzrə bitirmişdir.

1978-1979-cu illərdə Gəncə şəhər 4 №-li Uşaq Musiqi Məktəbində fortepiano müəllimi, 1979-2001-ci illərdə Gəncə şəhər 1 №-li Uşaq Musiqi Məktəbində fortepiano müəllimi, 2001-ci ilin fevral ayından 2001-ci ilin iyun ayınadək Goranboy rayon Ağamalıoğlu kənd Uşaq Musiqi Məktəbində fortepiano müəllimi, 2001-2003-cü illərdə Goranboy rayon Dəliməmmədli şəhər Uşaq Musiqi Məktəbində fortepiano müəllimi işləmişdir.

2 avqust 2003-cü ildən Goranboy rayon Borsunlu kənd Uşaq Musiqi Məktəbin direktor vəzifəsində çalışır.

Ailəlidir, 3 övladı var. YAP-ın üzvüdür.

 

Tədris işləri üzrə direktor müavini: Nurlana Hüseyn qızı Əliyeva

Fortepiano şöbəsinin müdiri: Mətanət Misir qızı Əliyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Akif Məhəmməd oğlu Zeynalov

Nəzəriyyə şöbəsinin müdiri: Fəridə Həsən qızı Cəfərova

 

 

 


Goranboy şəhəri
Ünvan:
AZ 2214, Goranboy rayonu, Borsunlu kəndi
Telefon:

(+994 22) 247-63-06

E-mail:

borsunlu.musiqi@mail.ru

 

98.7 KB