UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər

Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi

Göyçay uşaq musiqi məktəbi 1957-ci ildə 2 ixtisas – fortepiano və tar ixtisası üzrə fəaliyyətə başlamışdır. Məktəbin ilk direktoru mərhum Adil Məmmədov olmuşdur. İlk müəllimlərdən sonralar Bakıda işləyib çalışmış böyük bəstəkar Qara Qarayevdən dərs almış Əməkdar İncəsənət Xadimi Məmməd Mehdi oğlu Quliyev olmuşdur. 

1957-ci ildən 2015-ci ilədək musiqi məktəbinin binası uyğunlaşdırılmış binalarda yerləşirdi. 2015-ci il məktəb üçün uğurlu oldu. Möhtərəm  Prezident İlham Əliyevin iştirakı və xeyir-duası ilə Göyçay uşaq musiqi məktəbi möhtəşəm və yaraşıqlı binaya köçdü. Ümumi sahəsi 950 kv.metr olan musiqi məktəbi 31 sinif otağı, 2 inzibati otaq və 80 yerlik Akt zalından ibarətdir.

Məktəb lazımı avadanlıqlar və musiqi alətləri ilə komplektləşmişdir.Şagird və müəllimlərin fəaliyyəti üçün bütün şərait yaradılmışdır.

Məktəbin ilk direktoru Adil İsmayıl oğlu Məmmədov (1957-1985), Nizami Feyzi oğlu Rəhmanov (1985-2008), hal-hazırda isə Rövşən Gülməmməd oğlu Zamanovdur. 

 

 


Göyçay şəhəri
Ünvan:
AZ 2300, Göyçay şəhəri, N.Nərimanov küçəsi 48
Telefon:

(+994 20) 274-20-98

E-mail:

goychaymusical.school1957@gmail.com

 

814.8 KB

 

2.7 MB

 

3.6 MB