Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbi

İlk dəfə Göygöl (keçmiş Xanlar) rayonunda musiqi məktəbi 1936-cı ildə almanlar tərəfindən yaradılmışdır. 1941-ci ilin sentyabr-oktyabr aylarında Qafqazda yaşayan almanlar sürgün edilir.  

Sonra Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəbi 1954-cü ildən fəaliyyətə başlayır. Məktəbin ümumi sahəsi 1231 kv/m, tədris olunan sahə 693.81 kvadrat metrdir. 

 

Məktəbin direktoru: Nuranə Aslan qızı Quliyeva

Quliyeva Nuranə Aslan qızı 1964-cü il aprel ayının 7-də Qazax rayonunda anadan olmuşdur. 1979-cu il tarixdə Gəncə şəhər orta ixtisas musiqi məktəbini fortepiano ixtisası üzrə, 1984-cü il tarixdə Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası) qiyabi fortepiano ixtisası üzrə bitirmişdir. 1983-1989-cu illərdə Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbində fortepiano müəllimi çalışıb. 1989-cu il tarixdən Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbində direktor vəzifəsində çalışır. 2019-cu il mart ayının 7-də “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 1 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Təranə Bəylər qızı Mirzəyeva

Fortepiano şöbəsinin müdiri: Mehriban Cavad qızı Əliyeva

Fortepiano şöbəsinin müdiri: Gülbəyim  Qüdrət qızı  Məmmədova 

Nəzəriyyə şöbəsinin müdiri:  Şəfigə  Akif qızı Tağıyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Ağayeva Amalya İdris qızı 

 

 


Göygöl şəhəri
Ünvan:
AZ 2500, Göygöl şəhəri, Heydər Əliyev prospekti 34
Telefon:

(+994 22) 205-42-12

E-mail:

musiqi.mekteb@mail.ru

 

1.4 MB