Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Hacıqabul şəhər Uşaq Musiqi Məktəbi

Şəhər Uşaq Musiqi məktəbi 1990-cı ildən 60 şagird,7 sinif otağı və 12 müəllimlə fəaliyyətə  başlamışdır.Məktəb  fəaliyyətə  başladığı ildən hal-hazıra  qədər uyğunlaşdırılmış  binada yerləşir. Məktəbdə hazırda 7 ixtisas üzrə  203 şagird təhsil alır.

Məktəbin direktoru: Məmmədov Rahib Seyfulla oğlu

Rahib Seyfulla oğlu Məmmədov 30.07.1956-cı ildə Quba şəhərində anadan olmuşdur. 1977-ci ildə S.Hacıbəyov adına Sumqayıt orta ixtisas musiqi məktəbini xalq çalğı alətləri şöbəsinin tar ixtisası üzrə, 1992-ci ildə Ü.Hacıbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Konservatoriyasını bitirərək ali təhsilli tar ixtisası müəllimi sənətinə yiyələnmişdir. 1977-1985-ci illərdə Qusar şəhər Uşaq Musiqi Məktəbində tar ixtisası üzrə müəllim, 1985-1986-cı illərdə Quba rayon Uşaq Musiqi Məktəbində müəllim, 1986-1990-cı ilərdə Əli-Bayramlı (indiki Şirvan) şəhər Uşaq Musiqi Məktəbində tar ixtisası üzrə müəllim, 1990-2001-ci illərdə Qazıməmməd şəhər Uşaq Musiqi Məktəbində direktor, 2001-2011-ci illərdə Hacıqabul rayon Mədəniyyət şöbəsində müdir vəzifəsində işləmişdir. 02.10.2012-ci ildən hal-hazıradək Hacıqabul rayon Uşaq Musiqi Məktəbində direktor vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

 

Direktor müavini: Məmmədova Vüsalə Firudin qızı

Xalq çalğı alətləri şöbəsinin müdiri: Hüseynov Şakir Hüseynağa oğlu

Fortepiano şöbəsinin müdiri: Rəhimova Mənsubə Salam qızı

Nəzəriyyə şöbəsinin müdiri: Cəfərov Oqtay Məmməd oğlu

 


Hacıqabul şəhəri
Ünvan:
AZ 2400, Hacıqabul şəhəri, Heydər Əliyev prospekti 4
Telefon:

(+994 21) 204-39-90

(+994 21) 204-26-91

E-mail:

Haciqabul.musiqimektebi@mail.ru

 

68.3 KB

 

608.1 KB

 

4.9 MB