Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi

Hüseynqulu Sarabski adına  7 nömrəli uşaq musiqi məktəbi 1937-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsi Mədəniyyət İdarəsinin 7 illik birləşmiş musiqi məktəblərinin tərkibində yaranmışdır.

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1955-ci il 21 iyun tarixli 566 nömrəli əmrinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mədəniyyət idarəsi birləşmiş musiqi məktəblərinin tərkibindən çıxarılaraq müstəqil fəaliyyət göstərmişdir.

Məktəb Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 17 iyul tarixli 398 nömrəli sərəncamına əsasən 7 nömrəli uşaq musiqi məktəbinin filialının bazasından 21 nömrəli musiqi məktəbi yaradılmışdır.

Azərbaycan SSR  Nazirlər Sovetinin 1981-ci il 30mart tarixli 159 nömrəli qərarına əsasən Azərbaycanın görkəmli musiqi və teatr xadimi,milli klassik opera və musiqili komediyanın ilk proffesional ifaçısı,Azərbaycan SSR xalq artisti Hüseynqulu Sarabskinin 100 illiyi ilə əlaqədar  onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Hüseynqulu Sarabskinin adı 7 nömrəli uşaq musiqi məktəbinə verilmişdi.

 

Məktəbinin  direktoru: Мehriban  Əsgər  qızı  Rüstəmova

 22.08.1965-ci ildə Şuşa şəhərində anadan olub. 1984-cü ildə S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunu fortepiano,1990-cı ildə Üzeyir Hacıbəyov  adına  Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət  Кonservatoriyasını fortepiano ixtisası üzrə bitirib. M.Rüstəmova 1984-1985-ci illərdə Bərdə şəhər Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim, 1991-1998-ci illərdə 36 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano şöbəsinin müdiri, 1998-2001-ci illərdə Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir. 15.08.2001-ci  ildən Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində direktor vəzifəsində çalışır. Azərbaycan  Respublikası  Prezidentinin   sərəncamı ilə  2012-ci ildə  “Əməkdar  müəllim” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.  

Subaydır, 1 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Ləman  Həsən qızı Sadıqova

Fortepiano şöbəsinin müdiri: Firuzə Nadir qızı Səlimova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Vüqar Kamal oğlu Cəlilov

Orkestr alətləri şöbəsinin müdiri: Fəranə  Məmməd qızı Əhmədova

Nəzəriyyə şöbəsinin müdiri: Jalə Namiq qızı Feyzullayeva

                              


Bakı şəhəri
Ünvan:
AZ 1022, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 99
Telefon:

(+994 12) 597-25-40

(+994 12) 597-25-51

E-mail:

umm.sarabski@mail.ru

Url:
www.7.music-school.az

 

1.4 MB

 

266.2 KB