Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi

Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi 5 noyabr 1990-cı ildən fəaliyyət göstərir. Hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivindəki şəhərcikdə fəaliyyət göstərir.

 

Məktəbin direktoru: Səadət Kamil qızı Cavadova

Cavadova Səadət Kamil qızı 11 yanvar 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1994-cü ildə Beyləqan şəhər 2 saylı orta məktəbə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2005-2008–ci illərdə Mir Mövsüm Nəvvab adına Şuşa musiqi kollecində xanəndəlik və xor dirijorluq ixtisası üzrə təhsil almışdır.

2006-cı ildə Qaçqın və məcburi köçkün yeniyetmə və gənclərin I Respublika yaradıcılıq müsabiqəsində II yerə layiq görülmüşdür.

2008-ci ildən Xocavənd rayon 7 illik Uşaq Musiqi məktəbində pedoqoji fəaliiyətə başlamışdır. 2011 – ci ildə Muğam Televiziya Müsabiqəsində iştirak etmişəm və diplomant adına layiq görülmüşdür. 2011–2014-cü illərdə Azərbaycan Milli Konservatoriyasında xanəndəlik ixtisası üzrə, Xalq artisti Arif Babayevdən dərs almışdır. Təhsil aldığı müddətdə çox sayda dövlət tədbirlərində iştirak etmiş, göstərdiyi fəaliyyətə görə diplomlara fəxri fərmanlara layiq görülmüşdür. Bu illər ərzində iki filmdə şəkilmişdir: 2012–ci ildə ”Ruhum Qarabağlıdır”, 2013–cü ildə “Ya Qarabağ ya ölüm” filmi. 2013–cü il iyul ayında  “Ali Mediya”  mükafatina layiq görülmüşdür. 2016–cı ildə  Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 1 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: İlkanə Tumas qızı İskəndərova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Müşviq Azay oğlu Hüseynov

Nəzəriyyə şöbəsinin müdiri: Nişanə Əziz qızı Mustafayeva

 

 


Xocavənd şəhəri
Ünvan:
AZ0155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış massivi
Telefon:

(+994 12) 410-31-01

E-mail:

tug.musicmmekteb@gmail.com

 

2.7 MB