Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi

Musiqi məktəbi 1968-ci ildən dahi bəstəkar Qara Qarayev İsmayıllı rayonunda Ali savetə deputat seçilərkən onun təşəbbüsü ilə açılmışdır. Yeddi illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb.   Həmin illərdə Lahıc və Bsqal kəndlərində filiallar fəaliyyət göstərib. 1982-ci ildən Uşaq İncəsənət məktəbi və 1995-ci ildən şəhid Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi adını almışdır. Hal-hazırda İvanofka kənd korpusu fəaliyyət göstərir. Məktəbin binası uyğunlaşdırımış binadır. 1965-ci  ildən istifadəyə verilib 1996-cı ildən məktəbin balansındadır.   2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 634,6 kv metrdir. 

 

Məktəbin direktoru: Bəhruz Fətulla oğlu Həşimov

Həşimov Bəhruz Fətulla oğlu 08.07.1980-cı il tarixdə İsmayıllı şəhər Bəhliyan kəndində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Milli Konservatoriyası tərkibində musiqi Kollecinə qəbul olmuş və 2007-ci ildə xanəndəlik ixtisası üzrə bitirmişdir. 2012-ci ildə İsmayıllı şəhər F.Əzimov adına uşaq İncəsənət məktəbində müəllim və 2015-ci ildən tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2018-ci ildə İsmayıllı şəhər F.Əzimov adına Uşaq İncəsənət məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, 1 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Çingiz Afət oğlu Sadıqov

Fortepiano şöbəsinin müdiri: Zərifə Ramazan qızı Novruzova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Mahir Cəmil oğlu Ağayev

Nəzəriyyə şöbəsinin müdiri: Aynurə Mübariz qızı Güləliyeva


İsmayıllı şəhəri
Ünvan:
AZ 3100, İsmayıllı şəhəri, M. F. Axundov küçəsi 12
Telefon:

(+994 20) 285-34-16

(+994 20) 285-14-21

E-mail:

u0130Uu0130M@list.ru

 

4.5 MB

 

1 MB