Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi

Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi 27 avqust 1966-cı ildən fəaliyyətə başlamışdır.

 

Məktəbin direktoru: Qəndəf Rza qızı Zülfüqarova

Zülfüqarova Qəndəf Rza qızı 1960-cı il iyulun 13-də Kürdəmir rayonunun Yenikənd kəndində anadan olub. 1967-ci ildə Kürdəmir rayon 13 №-li d/yol orta məktəbin I-ci sinfinə daxil olub, 1977-ci ildə həmin məktəbin X-cu sinfini bitirmişdir. 1972-ci ildə Kürdəmir rayon 7-illik Uşaq musiqi məktəbinin kamança ixtisası üzrə I-ci sinfə daxil olub, 1977-ci ildə həmin məktəbi bitirmişdir. 1977-ci ildə kürdəmir rayon Uşaq musiqi məktəbinə kamança müəllimi işinə qəbul olmuşdur. 1978-ci ildə Şəki orta ixtisas musiqi məktəbinə kamança ixtisası üzrə I kursa (qiyabi) daxil olub, 1983-cü ildə həmin məktəbi bitirmişdir. Hal – hazırda Azərbaycan Milli Konservatoriyasının V kurs tələbəsidir, 2015-ci ildə kamança ixtisası üzrə I kursa daxil olmuşdur (qiyabi). YAP-ın üzvüdür.

1983-cü ildən məktəbin tədris işləri üzrə direktor müavini, 02.02.2011-ci ildən direktor vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.

 

Tədris işləri üzrə direktor müavini: Əminə Nazim qızı Mahmudova

Fortepiano şöbəsinin müdiri: Ruxsarə Bəharəddin qızı Qədirova

Xalq çalğı alətləri şöbəsinin müdiri: Paşayev Rafiq Süleyman oğlu

Nəzəriyyə şöbəsinin müdiri: Arzu Arif qızı Salahova


Kürdəmir şəhəri
Ünvan:
AZ 3300, Kürdəmir şəhəri, Bakı prospekti 8
Telefon:

(+994 20) 255-53-70

E-mail:

zqendef@mail.ru

 

1.3 MB