Qubadlı rayon Mahmudlu kənd Fəxrəddin Hüseynov adına Uşaq Musiqi Məktəbi 1988-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində fəaliyyətə başlamışdır. 1993-cü ildə Qubadlı rayonu, erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məktəb Sumqayıt şəhər S.Rüstəmov adına 3 saylı incəsənət məktəbinin ikinci binasında fəaliyyətini bərpa etdirmişdir. Rayon Icra Hakimiyyəti başçısının 29 mart 1997-ci il tarixli Kobinet iclası qərarı ilə Mahmudlu kənd 7 illik uşaq musiqi məktəbinə Əməkdar Mədəniyyət işçisi Fəxrəddin Hüseynovun adı verilmişdir. Məktəb 2009-cu ildən Sumqayıt şəhər 28 may mədəniyyət evinin binasında yerləşdirilmişdir.
Məktəbin direktoru: Samir Hilal oğlu İsmayılov
İsmayılov Samir Hilal oğlu 1990-cı il 10 avqust tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1996-2004-cü illərdə Sumqayıt şəhər 41 nömrəli orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbinə, 2007-ci ildə isə Azərbaycan Milli Konservatoriyasının “solo oxuma” fakültəsinə daxil olmuşdur. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirmişdir. 01.09.2012-ci il tarixindən 01.04.2014-cü il tarixinədək Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbində xanəndəlik ixtisası üzrə müəllim ixtisası üzrə çalışmışdır. 01.04.2014-cü il tarixindən 11.07.2016-cı il tarixinədək müvəqqəti olaraq direktor vəzifəsini icra etmişdir. 11.07.2016-cı il tarixindən hal hazıradək həmin məktəbin direktor vəzifəsində çalışır.
Ailəlidir, 1 övladı var.
Fortepiano şöbəsinin müdiri: Firuzə Suliddin qızı Nağıyeva
Xalq çalğı alətləri şöbəsinin müdiri: Əli Ağaəli oğlu Mansurov
Nəzəriyyə şöbəsinin müdiri: Səbinə Davud qızı Fərmanova
(+994 18) 644-20-88
(018) 644-20-88