Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

UŞAQ MUSİQİ VƏ İNCƏSƏNƏT MƏKTƏBLƏRİNİN TƏDRİS PORTALI

Məktəblər
Məktəblər
|

Qubadlı rayon Mahmudlu kənd Fəxrəddin Hüseynov adına Uşaq Musiqi Məktəbi

Qubadlı rayon Mahmudlu kənd Fəxrəddin Hüseynov adına  Uşaq Musiqi Məktəbi 1988 – ci ildə Qubadlı  rayonunun  Mahmudlu kəndində  fəaliyyətə başlamışdır. 1993 –cü ildə Qubadlı  rayonu, erməni işğalçıları tərəfindən  işğal olunduqdan sonra  məktəb Sumqayıt şəhər S.Rüstəmov adına  3 saylı incəsənət məktəbinin ikinci binasında  fəaliyyətini bərpa  etdirmişdir. Rayon Icra Hakimiyyəti başçısının 29 mart 1997 –ci il tarixli  Kobinet iclası qərarı ilə Mahmudlu kənd 7 illik  uşaq musiqi məktəbinə  Əməkdar Mədəniyyət işçisi Fəxrəddin Hüseynovun adı  verilmişdir. Məktəb 2009-cu ildən Sumqayıt şəhər 28 may mədəniyyət evinin binasında yerləşdirilmişdir. 

 

Məktəbin direktoru:  Samir Hilal oğlu İsmayılov

İsmayılov Samir Hilal oğlu 1990-cı il 10 avqust  tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1996-2004-cü illərdə Sumqayıt şəhər 41 nömrəli orta məktəbdə təhsil almışdır. 2004-cü ildə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbinə, 2007-ci ildə isə Azərbaycan Milli Konservatoriyasının “solo oxuma” fakültəsinə daxil olmuşdur. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirmişdir.  01.09.2012-ci il tarixindən 01.04.2014-cü il tarixinədək Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbində xanəndəlik ixtisası üzrə müəllim ixtisası üzrə çalışmışdır. 01.04.2014-cü il tarixindən 11.07.2016-cı il tarixinədək müvəqqəti olaraq direktor vəzifəsini icra etmişdir. 11.07.2016-cı il tarixindən hal hazıradək həmin məktəbin direktor vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.

 

Fortepiano şöbəsinin müdiri: Firuzə Suliddin qızı Nağıyeva

Xalq çalğı alətləri şöbəsinin müdiri: Əli Ağaəli oğlu Mansurov

Nəzəriyyə şöbəsinin müdiri:  Səbinə Davud qızı Fərmanova

 


Qubadlı şəhəri
Ünvan:
AZ 5006, Sumqayıt şəhəri, 41 məhəllə, 28 may mədəniyyət evinin binası
Telefon:

(+994 18) 644-20-88

E-mail:

(018) 644-20-88

 

2.5 MB

 

4.2 MB